23/02/2018
Xızı şəhər tam orta məktəbinin şagirdlərinin iştirakı ilə məktəb rəhbərliyinin, Uşaq Gənclər İnkişaf Mərkəzinin, Mədəniyyət və turizm şöbəsinin təşkilatçılığı ilə Xızı rayon "Şəhidlər xiyabanında" "Xocalıya Ədalət" adlı tədbir keçirilib. Tədbirdə iştirak edən Xızı şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov iştirakçılara baş vermiş faciədən, orada həmvətənlərimizin başına gətirilən müsibətlərdən danışıb. Sonra tədbir şagirdlərin hazırladıqları şeir və səhnə kompozisiyaları ilə davam edib.