Qazax Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri - İ.B

  • Home
  • Azerbaijan
  • Qazakh
  • Qazax Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri - İ.B

Qazax Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri - İ.B Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Qazax Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri - İ.B, Photographer, Qazakh.

4 il 🥀🥺💔
27/09/2024

4 il 🥀🥺💔

Məkanınız cənnət olsun Şəhid qardaşlarımız!
19/09/2024

Məkanınız cənnət olsun Şəhid qardaşlarımız!

17 Sentyabr. Cənnətdəki Mövludun Mübarək Qardaşım ❤️😔🥺 Tural Elxan oğlu Məmmədov 17 sentyabr 1990-cı ildə Qazax rayonunu...
16/09/2024

17 Sentyabr. Cənnətdəki Mövludun Mübarək Qardaşım ❤️😔🥺
Tural Elxan oğlu Məmmədov 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində dünyaya gəlib.

19/09/2023

🇦🇿 Allah Azərbaycan Ordusunu Qorusun! 🤲🇦🇿

Dualarımız sizinlədir!

01/06/2023
Şəhid  Məmmədov Əvəz Elnur oğlu 01.06. 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Sə...
01/06/2023

Şəhid Məmmədov Əvəz Elnur oğlu 01.06. 2001-ci ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olmuşdur. 2007-ci ildə Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2019-cu ilin 2 iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin 1-ci taborunun, 1-ci bölüyünün atıcı-qumbaraatan köməkçisi əsgər Əvəz Məmmədov 07.10.2020-ci il tarixdə Ağdam rayonu istiqamətində gedən döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən Şəhidlik zirvəsinə yüksəlmişdir. Qəhrəmancasına şəhid olan əsgərimiz 07.10.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Vətənə olan xidməti borcunu qaytararkən torpaqlarımızın bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Şəhid  Namazov Elcan Hidayət oğlu  01 06. 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə...
01/06/2023

Şəhid Namazov Elcan Hidayət oğlu 01 06. 1997-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2016-cı ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2018-ci ilin yanvar ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur. Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan kiçik gizir Elcan Namazov 16.10.2020-ci il tarixdə Dəmirçilər kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
23 yaşında Şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 5 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Bütün şəhidlərimiz kimi, igid Vətən oğlu Elcan Namazovun da adı əbədiləşdirilib. Qəhrəman şəhidimizin doğulduğu Dəmirçilər kəndində adını əbədiləşdirən bulaq inşa olunaraq 14.10.2021-ci il tarixdə açılışı olub.

01/06/2023

Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi quruculuq işləri çox mühüm iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də ciddi ideoloji-siyasi məna kəsb edir. Azərbaycan xalqının və dövlətinin sarsılmaz siyasi iradəsini dünyaya nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
Böyük Qayıdış planına uyğun olaraq, qısa müddətdə yüzlərlə məcburi köçkünün öz doğma torpağına qayıtdığını vurğulayan deputat bildirib ki, bu planın reallaşması üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir.



https://azertag.az/xeber/Deputat_Azerbaycan_butun_meqsedlerine_en_qisa_zamanda_nail_olacaq-2639192

Gpzəl insan Etibarlı dost Güclü Pəhləvan Örnək KomutanQazagın dirəyi Döyünən ürəyi.FİRDOVSİ UMUDOV.
14/05/2023

Gpzəl insan
Etibarlı dost
Güclü Pəhləvan
Örnək Komutan
Qazagın dirəyi
Döyünən ürəyi.
FİRDOVSİ UMUDOV.

12/05/2023

Qazax rayon kecmiş Polis rəisi Qarabağ müharibəsi iştirakçısı, veteranı
Zöhrab Ismayılova
Azərbaycan Qarabag müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialı tərəfindən FƏDAİ medalı təqdim edildi.

Təbrik edirik!

Qazax rayon kecmiş Polis rəisi Qarabağ müharibəsi iştirakçısı, veteranıZöhrab Ismayılova Azərbaycan Qarabag müharibəsi Ə...
12/05/2023

Qazax rayon kecmiş Polis rəisi Qarabağ müharibəsi iştirakçısı, veteranı
Zöhrab Ismayılova
Azərbaycan Qarabag müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialı tərəfindən FƏDAİ medalı təqdim edildi.

Təbrik edirik!

Address

Qazakh

Website

Alerts

Be the first to know and let us send you an email when Qazax Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri - İ.B posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category