Burada aparılan arxeoloji qazıntılar bu qənaətə gəlməyə imkan verir. “Lerik” toponimi barədə müxtəlif rəylər söylənilir. Bəzilərinin fikirlərinə görə, “Lerik ” sözü talışca “lik” sözünün təhrif edilmiş formasıdır, mənası palçıqlı yol deməkdir. XIX əsrdən başlayaraq aparılmış kəşfiyyat xarakterli qazıntılar zamanı sübuta yetirilmişdir ki, eramızdan əvvəlki minilliklərdə bu ərazi yer üzünün abad və
inkişaf etmiş yaşayış məskənlərindən olmuşdur.
╚► Lerikin çox az kəndi yaşayış məntəqəsi tapılar ki, orada ziyarətgah, inanc, sitayiş obyektləri olmasın. Bura insanların ağac və daş pirlər, müqəddəs hesab edilən qalalar, dağ zirvələri, səma cisimləri və s. ilə bağlı İslamdan əvvəlki inanc yerlərini də əlavə etsək, çox uzun bir siyahı alınar. Sovet dövrünün amansız ateizm təbliğatı, xalqın mənəvi dəyərləri üzərinə edilən amansız hücumlar da bu ziyarət yerlərinə xalqın inamınısöndürə bilməyib, yaddaşl ardan pozmayıb. Bunlardan Xanagah kəndində XIV əsrə aid Xoca Seyid ,Cəngəmiran kəndində Xəlifə Zəkəriyyə Lənkəran- Lerik yolunun 40-cı kilometrliyində Babagil, Lerik şəhəri yaxınlığında Cabir, Lərmərud kəndində Saf Seyid ocağı, Aran kəndində Xəmir ocağı Əliabad kəndində Mir Məryəm ocağı, Orand kəndindəki Kəla türbələri və s. Bölgədə İslam dininin və mədəniyyətinin dərin köklərə malik olmasına işarədir.
╚► Qalalar Lerikin nadir tarixi abidələrindəndir. Bunlarmühafizə məqsədilə tikilmişdir. Qız qalası Kekonu kəndi yaxınlığındadır. Qız qalası Azərbaycanda hələlik məlum olan ən məşhur 15 Qız qalasından biridir.Yerdən hündürlüyü 150 metrə çatır.Qalanın üstündə hündürlüyü 10-45 metr olan iç qala - Narınqala mövcuddur. Zirvəsindəki bürclər bu günə qədər qalmaqdadır. Qalanın zirvəsinə çıxmaq yalnız bir tərəfdən mümkündür. Zivəsində bürclər var. Oğlan qalası Qız qalasınnın yaxınlığında yerləşir. Qız qalasından bir vaxtlar saxsı borularla Oğlan qalasına boru çəkilib. Abidənin tarixi hələ mükəmməl öyrənilməmişdir.
╚► Bitki örtüyü əsasən kolluq, seyrək meşəli çəmənlər və dağ meşələrindən ibarətdir. Lerik meşələrində palıd, vələs, ağcaqayın, iynəyarpaqlı palıd, azat və ən nəhayət, təbiətin şah əsəri olan dəmirağacı bitir.
╚► Lerik uzunömürlülərinin adları "Ginnesin rekordlar kitabı"na da düşüb. Doğrudur, Qafqazın bir çox yerlərində 90, 100 illik yubileylər qeyd edən uzunömürlülər olub. Lakin 120, 140, 150 illik yubileylər yalnız Azərbaycanda və yalnız Lerikdə olub.
╚►Xanagalilarin əsas mənənəvi içkiləri isə tarixən təmiz və sərin bulaq suyu, çay, iskəncəbi, şərbət, ayran,meyvələrdən alınmış təbii şirələr və s. olub.
╚►Ucqar dağ rayonu olan Lerik rayonunun iqlimi mülayim-isti rütubətli, mülayim soyuq quru və soyuq rütubətlidir. Rayon ərazisinin əsas hissəsi üçün mülayim - isti rütubətli iqlim səciyyəvidir. Buranın yayı isti-quru, payızı və yazı yağmurlu, qışı isə mülayim isti olur.