Komedi TV

Komedi TV Unutma ki, bu, paylaşımlarımızın geniş auditoriyaya çatması üçün ən effektiv yoldur! Xeberciniz.biz
Xəbərçiniz Bizik! Dəqiq və obyektiv xəbərin yeganə ünvanı!

Gülmək və Düşünmək Sadəcə Bizə Qoşul!
İddia edirik ki, Azərbaycanın Ən Səviyyəli Gülüş Platformasıyıq!
İşimizdən məmnunsansa, lütfən, bəyən, paylaş və fikrini bildir!

‼️😃MƏMURLARIMIZ, BAYRAMINIZ MÜBARƏK!Bu gün, 1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə uşaqları deyil, məmurlarımızı t...
01/06/2026

‼️😃MƏMURLARIMIZ, BAYRAMINIZ MÜBARƏK!

Bu gün, 1 iyun Uşaqların Müdafiəsi Günü münasibətilə uşaqları deyil, məmurlarımızı təbrik edirik! Çünki onlar, ölkədə hər şeyi qamarladıqları kimi, artıq 20 ildir ki, uşaqpulunu və ümumilikdə uşaqların haqlarını da mənimsəyiblər, sözün bütün mənalarında, uşaqların yerində oturublar. Odur ki, uşaqları, faktiki əvəz etdikləri üçün, uşaqlara yönəlik təbriklər də əslində məmurlarımıza gedir.

Xüsusən də toppuş və çoxyeyən məmurlarımız başda olmaqla, bütün yekə uşaqları təbrik edirik!
İlin 365 günü, bayramınız mübarək olsun, dəcəllər!
____
P. S. Müdrik xalqımıza da məsləhət görərdik ki bu gün imkan varsa, işdən sonra məmurlarımızı, parka-filana aparıb, gəzdirsinlər, karuseldə yellətsinlər.
Buna imkanları çatmasa, heç olmasa boyunlarında gəzdirsinlər.

‼️TÜRKİYƏDƏ ÇEVRİLİŞ: ƏRDOĞAN, MÜXALİFƏT PARTİYASINA YENİ RƏHBƏR TƏYİN ETDİ!📌Türkiyə prezidenti Tayyip Erdoğan, CHP başq...
22/05/2026

‼️TÜRKİYƏDƏ ÇEVRİLİŞ: ƏRDOĞAN, MÜXALİFƏT PARTİYASINA YENİ RƏHBƏR TƏYİN ETDİ!

📌Türkiyə prezidenti Tayyip Erdoğan, CHP başqanı Özgür Özəli, məhkəmə əliylə çıxarıb, yerinə, dəfələrlə seçkidə yendiyi Kemal Kılıçdaroğlunu təyin etdi!

Hələ keçən il, CHP-dən prezidentliyə namizədliyini açıqlayan Ekrem İmamoğlunu həbsə atan Sultan I Erdoğan, indisə CHP sədri Özgür Özeli rəhbərlikdən qovaraq, partiyanı, zəif və bədbəxt siyasətçi Kemal Kılıçdaroğluna verdi!

📌Bəli, Türkiyədə artıq faktiki olaraq, sultanlıq sisteminə keçilibdir. seçkilər isə formal bir prosedura çevrilməkdədir!

📌 Erdoğan deyir ki, "Məni, kreslodan, yalnız və yalnız ölüm ayıra bilər, hansısa fani bəşər övladı yox!" "Ekrem haranın nəyidir ki, gəlib yerimdə otursun; qələt edər, başını divara vurar!"

Sujeti təqdim edirik! izləyin və gülün!
Rəydə👇

‼️😃XƏBƏR BAŞLIQLARI💢Yağış✍️Yayın gəlməsini, dənizə getməyi həsrətlə arzulayan uca millətimiz, istəyinə, yenə də vaxtında...
17/05/2026

‼️😃XƏBƏR BAŞLIQLARI
💢Yağış

✍️Yayın gəlməsini, dənizə getməyi həsrətlə arzulayan uca millətimiz, istəyinə, yenə də vaxtından tez çatdı! Hələki maydır, lakin buyurun, dəniz hazırdır! Üstəlik də bunun üçün uzağa getməyə ehtiyac yoxdur; küçəyə çıxmaq, kifayətdir!
Bəli, dənizə getməyə ehtiyac qalmadı, dəniz özü zəhmət çəkib gəldi! Urra!...

Düzdür, hələki dənizimiz dayazdır; uşaqların və avtomobillərin üzməsi üçündür, lakin sabaha yəqin ki, böyüklər də çimə bilər!
Bu unikal imkana, Venesiyanı qapımıza gətirdiyinə görə qayğıkeş məmurlarımıza, hökümətimizə minnətdarıq!
_______________
P.S. Bu il ərzində artıq 3-cü dəfədir ki, üzürük! Martda, apreldə və mayda. Allah, iyundan qorusun; hökümətimizin diqqət və qayğısı nəticəsində gələn dəfə boğula bilərik!

08/05/2026

‼ ƏMRULLAYEVİN BAHALI MƏŞQİ

✍️Bir neçə gün öncə, təhsil ekspertlərindən biri ilə söhbətdə demişdim ki, Əmrullayevə gərək elə bir peşə, sahə tapaq ki, orda dağıtmaq, sökmək, fayda versin, gərəkli olsun.
Ya gərək köhnə binaları sökmək üçün fəhlə ya da futbolda dayaq yarımmüdafiəçisi olsun, hücumları kobudluqla dayandırsın.

✅Deyəsən, Emin bəy, nəhayət, reallığı qəbul etdi və futbolda dağıdıcılığı seçdi!
_______________
✅Bəlkə də yuxarıdan, "Gənclər və idman naziri olmağa hazırlaş!" deyiblər. Odur ki indidən "razqum götürür", məşq edir, hətta tonqaldan tullanır.

Məktəblərimiz və təhsilimiz də qalıb yiyəsiz və başsız...

✅Məhlədəki uşaqların idmanı, uzaqbaşı bir neçə qonşunu narahat edir, lakin Emin bəyin idmanı isə yüzminlərlə müəllimlərə, şagirdlərə və valideynlərə baha başa gəlir...

Yunis Dürüst Filosof (C)

ABŞ-ın müharibə tanrısı, məğlubiyyəti etiraf edir, amma bizim ağıllılar hələ də "Yox e, ABŞ, İranı sökdü, məhv etdi!" de...
18/04/2026

ABŞ-ın müharibə tanrısı, məğlubiyyəti etiraf edir, amma bizim ağıllılar hələ də "Yox e, ABŞ, İranı sökdü, məhv etdi!" deyirlər.

Vallah, Tramp, baxmayaraq ki ölkəsinin ən səfeh və ən əcaib şəxslərini bir yerə yığıb, amma politoloqlarımızdan xəbər tutsaydı, yəqin ki bizimkilərə üstünlük verərdi!

Məsələn Kamran Həsənlini müharibə naziri qoyardı; beləcə həm Ukraynada qalib gələrdi, həm də Yaxın Şərqdə! İndiyə İran çoxdan parçalanıb, məhv olmuşdu. Hətta, tezliklə Turan imperiyası da qurub, onu, əl altından idarə edərdi!

Axx, Tramp... Sən niyə axı hələ də Azərbaycan adının yazılışını öyrənə bilmədin, halbuki indiyə siyasətini öyrənməliydin...

Şerlok Holms, özü, serialın təqdimatına gəlib!_____P.S. Yox əgər bu şəxs, Şerlok deyilsə, onda serialın təqdimatında niy...
17/04/2026

Şerlok Holms, özü, serialın təqdimatına gəlib!
_____
P.S. Yox əgər bu şəxs, Şerlok deyilsə, onda serialın təqdimatında niyə və nədən danışır?
Yəqin ki, bu, ya Şerlokun özüdü, ya da düşməni.

‼️😃SÜNİ İNTELLEKTLİ MER ✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə...
08/04/2026

‼️😃SÜNİ İNTELLEKTLİ MER

✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdə verib! Belə ki, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı, ictimaiyyətə təqdim edib. Sitat: “Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna, ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində, belə hallar, subasmalar, davam edəcək.”

Sujeti təqdim edirik! izləyin və gülün!
Rəydə👇

📌😄DİNSİZ Dini Lider / Komedik sujet✍️Son zamanların, bəlkə də, ən gülməli qəhrəmanı, şeyximiz Allahşükür Paşazadə oldu. ...
04/04/2026

📌😄DİNSİZ Dini Lider / Komedik sujet

✍️Son zamanların, bəlkə də, ən gülməli qəhrəmanı, şeyximiz Allahşükür Paşazadə oldu. Dini liderimizin, Ramazanda yoxa çıxması və “Bakıya bilet tapa bilmədim” deməsi, tam bir komediya idi!
Vaxtilə, vicdan anlayışına uzaq olduğunu etiraf edən şeyx, bu dəfə də Ramazanı, ibadəti ciddiyə almadığını etiraf etmiş oldu!...

Sujeti izləyin və gülün!
Rəydə👇

"Son illərdə təhsildə ciddi irəliləyişə nail olmuşuq."- 1 aprel zarafatı.Problem də budur ki, Emin müəllim, bu sözləri, ...
01/04/2026

"Son illərdə təhsildə ciddi irəliləyişə nail olmuşuq."- 1 aprel zarafatı.

Problem də budur ki, Emin müəllim, bu sözləri, 1 apreldə yox, digər günlərdə və ciddi tədbirlərdə deyir!

Onu başa salmaq lazımdır ki, hər şeyin öz qaydası var, hər sözün ortamı var. İnsanlarla zarafat etmək olar, amma ələ salmaq olmaz!

Türkiyəli qardaşlarımız demişkən, bu, şaka yox, eşşək şakasıdır!
Belə sözlərlə Emin müəllim, təhsil ictimaiyyətini fırladır, bütün xalqı barmağına dolayır.

Sonra da şikayətlənir ki, camaat niyəsə mənə haqsızlıq edir və tədbir təşkil edir ki, sosial şəbəkələrdə görəsən niyə məni yıxıb-sürüyürlər...

Emin müəllim, bütün aləmi bir-birinə vurur, müəllimləri, şagirdləri, valideynləri bir-birinə qatır, sonra da kənarda qalıb, özünü heç nə olmamış kimi aparır!

Elə ona görə də mən ona "Milli Fantomas" deyirəm!
Yoxsa keçəl olmağa qalsa, tük əkdirmək mümkündür, amma vicdan, ləyaqət əkdirmək isə- yox!

Yunis Dürüst Filosof

‼️😃SÜNİ İNTELLEKTLİ MER✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə ...
29/03/2026

‼️😃SÜNİ İNTELLEKTLİ MER

✍️Bakıda keçirilən növbəti "Venesiya günləri" barədə danışan mer Eldar Əzizov, şəhər sakinlərinə yeni müjdə verib və deyib ki, bu gözəlliklər, ən az 2 il davam edəcək!

Zarafatsız, medianın xahiş və minnətiylə açıqlama verməyə məcbur qalan Eldar müəllim, bəlkə də ChatGPT-yə müraciət edib və şablon cavabı, ictimaiyyətə təqdim edib.

Sitat: “Bakı elə sürətli və güclü inkişaf edir ki, kanalizasiya və infrastruktur, buna, ayaq uydura bilmir! Ona görə də ən az 2 il müddətində, belə hallar, subasmalar, davam edəcək.”

Yəni; ikicə il dözün, ondan sonraya isə... Allah kərimdi, kim ölər, kim qalar... Ölmə eşşəyim ölmə....

Merin sözündən belə çıxır ki, sel, nəqliyyatın dayanması, ictimai fəaliyyətin bloklanması... bunlar, xırda məsələdir; əsas odur ki, bu dəfə ölüm-itim olmadı!

O, hətta unikal və möhtəşəm bir təklif də verib: tunelleri su basan kimi, giriş-çıxışlar bağlansın!

Vəssəlam, beləcə, su, lap 2 metrə də qalxsa, boğulan olmayacaq! Necə ki çirkli su hövzələrinə, kanallara yaxın durmuruqsa, eləcə də tunellərdən də uzaq durmalıyıq!

Həə, indi, burda sual yaranır: axı tunellər olmadan, şəhərdaxili hərəkət etmək olmaz, necə edək, harasa getməyəkmi?

Hörmətli mer, bax, bu suala, cavab verməyib!

Eybi yox, mediamızdan xahiş edək ki, yenidən Eldar müəllimə müraciət etsin və bu sualın da cavabını alsın ki, açıqlama, tamamlansın!
________________
Mən şəxsən, müdrik merin cavabını təxmin edirəm. “Harasa getməyəkmi?” sualına, yəqin ki bu cür cavab verəcək: "Elə bilin ki sərt karantin gəlib! Hər kəs, dar günə hazırlıq görsün, azuqə toplasın!"
________________
________________
Bu arada, Eldar müəllim, küləkli havada, köhnə ağacların yıxılması probleminə də toxunub. O, yenə də təmkinli və soyuqqanlı cavab verərək, bir narahatçılığa əsas olmadığını bildirib. Sitat: "Ağac yıxılar, eybi yox, yenisini əkərik."

Amma... ağac yıxılanda, bəzən maşınlara, hətta evlərə də zərər verir; bəs, bu, necə olacaq?

Müdrik merimiz, görünür ki, ya ChatGPT-nin cavabını sonacan kopyalamayıb, ya da əzbərlədiyi sözlərin davamını yaddan çıxarıb!
____
💢Bəli, merimiz, görünür ki, texnologiyanı, elmi, innovasiyanı səhv anlayıb! O, deyəsən, elə zənn edir ki, intellektli olmaq, süni intellektə cavab yazdırmaq deməkdir...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Komedi TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Komedi TV:

Share

Category