Togrul Foto

Togrul Foto Gəzib gördüyüm yerlərin şəkillərini sizinlə paylaşıram.

📌Dənizdə daha bir gün doğuşu.
13/10/2025

📌Dənizdə daha bir gün doğuşu.

📌 Dağ çiçəkləri.       ̧içəklər
09/07/2025

📌 Dağ çiçəkləri.
̧içəklər

📌Sakit həyatHamımıza qismət olmayan o nemət... Bu günlərdə bu şəkli yaxın bir qohumum mənə göndərdi. Uzun zaman yaşadığı...
06/12/2024

📌Sakit həyat
Hamımıza qismət olmayan o nemət... Bu günlərdə bu şəkli yaxın bir qohumum mənə göndərdi. Uzun zaman yaşadığı yorucu həyatın sonucunda indi rayonda sakit evində oturub, həyatın dadını çıxarmağa çalışır. Onun yerinə çox sevindim. Təbrik elədim. Dedim ki, "Davam elə, bəlkə bir gün bizim də gücümüz və ömrümüz çatar, sənə qoşularıq".

Həqiqətən, Allahdan duam budu ki, tapaq o sakitliyimizi. Nə qədər tez, o qədər yaxşı.

📌 QaqaşımOnunla həyatı yaşamaq daha rahat, etibarlı və gözəldir.
09/11/2024

📌 Qaqaşım
Onunla həyatı yaşamaq daha rahat, etibarlı və gözəldir.

📌 Yol kənarında dincələn UAZŞəkli Qələbin şəlaləsinə yaxın yerdə çəkmişəm. Normal yoldan çıxandan sonra təxminən yarım s...
07/11/2024

📌 Yol kənarında dincələn UAZ
Şəkli Qələbin şəlaləsinə yaxın yerdə çəkmişəm. Normal yoldan çıxandan sonra təxminən yarım saat bu maşınla yolsuzluq şəraitində getdik ki, şəlaləyə çataq. Lerikdə olanda soruşun və gedin, mütləq. Qələbin şəlaləsi. Amma UAZ-la gedin😊

📌İnsan Yuvaları ("Человейники")Şəhərlərdə əhali çox güclü artmasa da yerlər azalır, evlər balacalaşır, binalar isə böyüy...
06/11/2024

📌İnsan Yuvaları ("Человейники")
Şəhərlərdə əhali çox güclü artmasa da yerlər azalır, evlər balacalaşır, binalar isə böyüyür. Nəticədə çox sayda insanları bir dar sıx yerdə cəmləşdirən belə binalar ortaya çıxır. Bir zamanlar balaca evlərin yuvası olmuş Bakı indi qarışqa yuvasını xatırladır.

Görəsən bu sıxlığın həlli nədə ola bilər?
#человейники

📌Dumanlı MeşəLerik dağlarında çəkdiyim şəkillərdən biri. Dumanlı meşənin çox fərqli ab-havası var idi.
01/11/2024

📌Dumanlı Meşə
Lerik dağlarında çəkdiyim şəkillərdən biri. Dumanlı meşənin çox fərqli ab-havası var idi.

📌İki DostMüasir İncəsənət Muzeyində sərgilənən çoxsaylı "şah əsərlərdən" biri. Bu hələ normal ortaya çıxarıla bilənlərdə...
31/10/2024

📌İki Dost
Müasir İncəsənət Muzeyində sərgilənən çoxsaylı "şah əsərlərdən" biri. Bu hələ normal ortaya çıxarıla bilənlərdən biri idi. Heç olmasa baş ilə ayaq hardadı anlamaq olur. İmkan olduqca o birilərini də paylaşaram. Görüm kim nə başa düşür. )))

📌Mad MaxmudBakıya gələrkən Qobustana çatmamış, yol qırağındakı restoranda dayananda belə bir çox motosiklet qarşımıza çı...
01/10/2024

📌Mad Maxmud
Bakıya gələrkən Qobustana çatmamış, yol qırağındakı restoranda dayananda belə bir çox motosiklet qarşımıza çıxdı. Köhnə idi. Amma səhra peyzajında o minik vasitəsi çox maraqlı görünürdü.

📌 Dayaza oturmuş gəmiBu şəkli 2015-ci ildə Artyom (indiki Pirallahı) adasına yaxın çəkmişəm. Sahilə yaxın bir yerdə daya...
07/09/2024

📌 Dayaza oturmuş gəmi
Bu şəkli 2015-ci ildə Artyom (indiki Pirallahı) adasına yaxın çəkmişəm. Sahilə yaxın bir yerdə dayazda qalmış gəmi çox maraqlı görünürdü. Mən bilən artıq o orda deyil. Artyomun özünü də çox gözəl yeniləyiblər. Düzdü mən o adanın köhnə, Sovet görünüşü üçün çox darıxıram.

Yol yoldaşlarım:
.babayev.92

Address

Baku
AZ1010

Telephone

+994508554095

Website

Alerts

Be the first to know and let us send you an email when Togrul Foto posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Togrul Foto:

Share

Category