21/08/2020
Xınayaxdı mərasimi, Xına gecəsi və ya Xına - Azərbaycan, İran, Türkiyənin və bəzi şərq ölkələrinin toy adətlərindəndir. Xınayaxdı mərasimi əsrlər boyu Azərbaycanın müxtəlif tarixi bölgələrində inkişaf edərək vahid və zəngin bir adət sisteminə çevrilmişdir.Adətimizdə qız bəyənmə,elçilik,nişanlılıq dövrü,qız toyu,xınayaxdı və nəhayət gəlin köçmə kimi adətlər mövcuddur.Bu adətlərimizi xalqımız dünyanın harasında yaşayırlarsa yaşasınlar həyata keçirirlər.