20/03/2026
Balaca əllərlə qurulan Novruz tonqalı - FOTOREPORTAJ
Bu gün Novruz bayramın sonuncu tonqal yandıran günüdür. Amma bayramın ən gözəl hissəsi artıq dünəndən başlamışdı.
Həyətin bir küncündə uşaqlar toplaşmışdı. Kimisi əlində çəkic, kimisi taxta parçası…
Sanki hərəsi bir usta idi, amma ürəkləri hələ də uşaq qalırdı.Biri köhnə taxtanı sökür, biri mismarı çıxarır,biri isə tapdığı hər parça ilə “ən böyük tonqal bizim olacaq” deyə sevinirdi.
Balaca əllər böyük iş görürdü… Səs-küy, gülüş, bir az yorğunluq, amma daha çox sevinc vardı.
Onlar sadəcə tonqal hazırlamırdılar… Onlar dostluğu qururdular. Birlikdə nəyisə yaratmağın nə demək olduğunu yaşayırdılar. Axşam düşəndə o tonqal alışacaq… Alovlar göyə qalxacaq… Və bəlkə də heç kim bilməyəcək ki, o alovun içindəbu uşaqların zəhməti, sevinci və saf uşaqlığı yanıb işığa çevrilir.
Çünki bəzi tonqallar təkcə odla yox…xatirələrlə yanır.
https://www.realtv.az/news/az/206009/balaca-ellerle-qurulan-novruz-tonqali-fotoreportaj
***
Fotolar: Famil Mahmudbeyli
***
REAL TV