Ali Akbar: travel photographer

Ali Akbar: travel photographer Çəkdiyim foto, video və qeydlərimlə sizinlə paylaşmaqdan çox məmnunam. Azərbaycan Fotoqraflar Birliyinin üzvü (2016)

Qalayxudat: tələsməyənlərin yox, tələsməyi unudanların yeri.
11/04/2026

Qalayxudat: tələsməyənlərin yox, tələsməyi unudanların yeri.

1-ci foto: Şəkil çəkmək pulnandı, a gədəGədə qoydu özünü karlığa2-ci foto: Səni qanına bələn...Efiopiyadakı qəbilələr mü...
01/04/2026

1-ci foto: Şəkil çəkmək pulnandı, a gədə

Gədə qoydu özünü karlığa

2-ci foto: Səni qanına bələn...

Efiopiyadakı qəbilələr müxtəlif olur. Məsələn, Hamer qəbiləsində sənə şabalıd qoyan da yox idi, özünçün gəzirdin, şəkil çəkirdin. Mursi qəbiləsində hazırladıqları əl işlərini almadınsa, baxışlarıyla itin sözünü deyirlər. Konso qəbiləsində isə adama "Yeriyən dollar" kimi baxırlar. Baxışıvı tutdularsa - vəssalam, pul verməlisən.

Some stories are not just told… they are believed.Hidden in the sacred silence of Ashabi-Kahf Shrine (Nakhchivan,  Azerb...
19/03/2026

Some stories are not just told… they are believed.

Hidden in the sacred silence of Ashabi-Kahf Shrine (Nakhchivan, Azerbaijan),
this ancient stone carries more than fading lines of calligraphy.
It carries faith.

For centuries, people have come here not only to see,
but to feel…
to stand at the threshold between legend and reality.

The script is worn, almost erased by time —
yet the meaning remains untouched.
Because this place was never about what you can read.
It’s about what you believe.

A cave.
A story of sleep beyond time.
A reminder that some truths don’t need clarity —
they need connection.

And in that quiet moment,
you realize…
You’re not just looking at history.
You’re standing inside it.





Erkək zürafə min oyundan çıxıb özünü dişiyə sırımağa cəhd göstərsə də, eşq hekayəsində qərarı çox vaxt dişi verir. Gədə ...
12/03/2026

Erkək zürafə min oyundan çıxıb özünü dişiyə sırımağa cəhd göstərsə də, eşq hekayəsində qərarı çox vaxt dişi verir. Gədə qızın arxasınca bir müddət gəzir, onun ətrafında dolaşır, arada boynunu onun boynuna dolayır. Bu, həm də bir növ yoxlama mərhələsidir. Dişi hazırdırsa qalır, hazır deyilsə sakitcə uzaqlaşır.

Hazır olub-olmamağının daha bir anti-romantik yolu var. Erkək dişiyə arxadan qəfil bir kəllə qoyur, bununla da dişini sidik ifraz etməyə təşviq edir və qoxusunu yoxlayır. Bu davranışa biologiyada "flemen reaksiyası" deyilir. Qoxudan hər şeyi anlayan erkək ya zad eliyir, ya da şey.

Əgər hər şey uyğun olsa, nəticəsi təxminən 15 ay davam edən hamiləlik olur. Bu da qurudakı məməlilər arasında ən uzun müddətlərdən biri sayılır.

- Salam,doxtur. Mən, belə p*s çıxmasın, Avstraliya Maluridae quşuyam. Böyüklərdən də üzr istəyirəm, ərimdəm şikayətçiyəm...
19/02/2026

- Salam,doxtur. Mən, belə p*s çıxmasın, Avstraliya Maluridae quşuyam. Böyüklərdən də üzr istəyirəm, ərimdəm şikayətçiyəm.
Dəqiqəbaşı həkimə qaçır. Şantaj eliyir məni ki, guya spermatozoidləri azdı, guya uşaq olmayacaq. Elə də minnətnən deyir, elə bil cehiz kimi bir banka spermatozoid gətirməliydim buna ata evimdən. Bir dəfə eləmədim tənbəllik, analiz verəndə xəlvətcə özüm bir-bir oturub saydım: düz səkkiz milyard spermatozoid çıxdı ortaya! Səkkiz milyard e! Azdı ki bu? Amma kişi özü də inanıb, məni də inandırmağa çalışır ki, faciəvi durumdu, ölən günümüzdü.

- Ərin gop basır. Daha doğrusu, “həkimə gedirəm” adıyla kənarda sülənir. Avstraliya Maluridae quşu onsuz da elə-belə quş deyil. Kənar münasibətlərdə bir adları iki olub. Elə bil ilahidən növ olaraq bu fason dizayn olunublar.

- İndi hər dəfə bu həkimə gedəndə düşüm dalıyca güdüm onu?

- Otur öyrədim sənə. Birincisi, sən elə özün də fərli başlı quş deyilsən. İkincisi, ərivin həkim adıyla görüşə getdiyini bilmək çox asandır. Görüşə o, əliboş, daha doğrusu dimdiyiboş getmir. Dimdiyində çəhrayı bir ləçək götürür. Niyə çəhrayı? Çünki yanaqlarındakı lələkləri şişirdəndə ümumi görünüş çox gözəgəlimli olur. Estetik xəyanətdi bu, ay bacı!

Yəqin indi fikirləşirsən ki, ovuc boyda quşun səkkiz milyard spermatozoid nəyinə lazımdı? İnsanlarda orta hesabla 180 milyon olur. Bu quş isə bir dənə balaca yumurta üçün səkkiz milyard istehsal edir. Məntiq var?

- Allah haqqı, yoxdu. Özü də ovuc boyda niyə? Mənimçün dağ boydadı!

- Məntiq var! Prosto bir az dolaşıqdı. Ümumiyyətlə spermatozoid sayı yumurtaya çatmağın nə qədər çətin olmasından asılıdı. Məsələn, sən ağac olsaydın, tozcuq istehsalın tozlanma üsulundan asılı olardı.

- Ağac düşmənim olsun!

- Məsələmçün də. Amma iş intim haqq-hesaba gələndə vəziyyət bir az dəyişir.

Balıqlarda, məsələn, görüşürlər, amma belə əlüstü. Kürünü elə dənizə vızılladırlar. Ona görə spermatozoid sayı da az-çox yumurta qədər olur. Amma quşlarda, məməlilərdə, yəni “işə ciddi yanaşanlarda”, tamam başqa vəziyyətdi.
Ən çox spermatozoid istehsal edən erkəklər o növlərdir ki, dişiləri erkəklərlə intim münasibətdə buraxırlar özlərini.

- İndi də mən oldum küçə quşu?!

- Oldun niyə? Elə əvvəlcədən idin. Özü də gücnən özümü toplayıb elmi cümlələrlə danışıram, fikrimi dağıtma, onsuz da əsəbiyəm əlindən. Deməli, bunun iki səbəbi var. Birincisi, biologiyada buna “sperma rəqabəti” deyirlər. Yəni müxtəlif erkəklərin spermatozoidləri yumurta uğrunda yarışır. Lotereya kimidi: nə qədər çox bilet alsan, udmaq şansın bir o qədər çoxdur. Genetika da bunu görüb deyir: “Sağol səni!” və zamanla bütün populyasiyada spermatozoid sayı artır.

Əslində ideal vəziyyət o olardı ki, erkək hər yumurta üçün dəqiq lazım olan qədər spermatozoid istehsal eləsin. Amma bu xoşbəxtlik çox az kişiyə qismət olur. Məsələn, bəxtiqara dəniz atları. Onlarda dişi yumurtanı erkəyin bədənindəki xüsusi kameraya qoyur. Heç bir rəqabət zad yoxdu. Ona görə də spermatozoid sayı gülməli dərəcədə azdır.

İkinci səbəb isə daha dramatikdi. Spermanın böyük hissəsi yolun əvvəlində məhv olur. Dişi orqanizmi, nədənsə, spermatozoidləri qucaq açıb qarşılamaq əvəzinə, sanki müharibə elan edir. Məhv edir, çıxarır, parçalayır. Və indi qayıdaq sənin ərinə.

Siz ailə qurursuz, bala böyüdürsüz, amma sağda-solda sevgi münasibətlərini də normal sayırsız. Elə hallar olur ki, yuvadakı balaların heç biri “rəsmi ər”dən olmur.

- Mən qələt eliyərəm!

- Elə eliyirsən də. Siz prosto sperması dizi üstə olan nankorlarsız. Ərivin səkkiz milyardı da sağlamlıq problemi deyil. Bu, əxlaqsız həyat tərzivizin nəticəsidir. Di get indi.

O gün yolum Azərbaycanın ən mistik və düşündürücü abidələrindən birinə, Qobustan rayonundakı Diri Baba türbəsinə düşdü. ...
17/02/2026

O gün yolum Azərbaycanın ən mistik və düşündürücü abidələrindən birinə, Qobustan rayonundakı Diri Baba türbəsinə düşdü. Fotolar öz yerində, amma hekayəsi şəkillərdən də dərin imiş…

Rəvayətlərə görə Diri Baba dövrünün zahidlərindən, dərvişlərindən biri olub. Dünyəvi həyatdan uzaqlaşıb, ibadəti, tənhalığı seçib. İnsanlar onun müqəddəs və pak bir insan olduğuna inanırmış.
Vəfat etdikdən sonra da uzun müddət cəsədi çürüməyib. Elə buna görə xalq arasında ona “Diri Baba” adı verilib.

Məkanın mistikasını gücləndirən şey onun qayanın içində, havadan asılı kimi görünməsidi. XV əsrə aid bu abidə elə bil insanı səs-küylü dünyadan ayırıb başqa bir zamana aparır.

Əgər yolunuz ora düşərsə, tələsməyin. Bir az dayanıb baxın… Diri Baba əfsanəsinin niyə bu qədər yaşadığını hiss etmək üçün.

Padanq şəhərindəki Al-Hakim məscidi (sahəsi 2000 kv m) görünüşünə görə İndoneziyanın Tac-Mahalı sayılır. 2017-ci ildə ti...
12/02/2026

Padanq şəhərindəki Al-Hakim məscidi (sahəsi 2000 kv m) görünüşünə görə İndoneziyanın Tac-Mahalı sayılır. 2017-ci ildə tikintisi başlanıb, 2020-də bitib. Kimin təşəbbüsü və maliyyəsi hesabına - deyilmir. Adam özü istəməyib. Bircə onu deyib ki, bu, onun anasının arzusu olub.

Xəyal dünyanızçün darıxmısızsa, durun gedin Mərakeşin Chefchaouen şəhərinə. Sakit, yavaş ritmli, səs-küydən uzaq... Ən h...
09/02/2026

Xəyal dünyanızçün darıxmısızsa, durun gedin Mərakeşin Chefchaouen şəhərinə. Sakit, yavaş ritmli, səs-küydən uzaq...
Ən hündür nöqtəsində günün batmasına bu fason tamaşa etmək də qismətiniz olsun 💙

Efiopiyadakı Mursi qəbiləsində idik. Geri dönmək istəyəndə gördük maşınımız üstə qırğındı. Bir kişi və daha 2 nəfər də d...
03/02/2026

Efiopiyadakı Mursi qəbiləsində idik. Geri dönmək istəyəndə gördük maşınımız üstə qırğındı. Bir kişi və daha 2 nəfər də dirəşiblər ki, bizi şəhərə çatdırın, işimiz var. Bələdçi kişini birtəhər yola saldı. Qaldı qız və uşaq.

13 yaşı vardı, qucağındakı da 6 aylıq övladı. Uşağın səhhətində problem yaranmışdı deyə xahiş etdilər şəhərə klinikaya çatdıraq. 4-5 saatlıq yolu bizimlə bir gəldi.

Pantanalın yaşıl qucağında uşaqlıq - ən saf azadlıq 🌿
29/01/2026

Pantanalın yaşıl qucağında uşaqlıq - ən saf azadlıq 🌿

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Ali Akbar: travel photographer posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ali Akbar: travel photographer:

Share