Gilavar Foto Klubu - Gilavar Photo Club

Gilavar Foto Klubu - Gilavar Photo Club Gilavar Foto Klubu ictimai birliyi
Gilavar Photo Club public union Klub yerli və beynəlxalq fotomüsabiqələrin keçirilməsi ilə məşğul olur.

Gilavar Foto Klubu 1 dekabr 2017-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində yaradılıb. 17 yanvar 2022-ci ildə İctimai Birlik kimi Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Gilavar Photo Club was established on December 1, 2017 in Baku, the capital of Azerbaijan. On January 17, 2022, it was registered with the Ministry of Justice as a Public Union. The club organizes local and international photo contests.

24/05/2026
21/05/2026
FIAP: 26/004IAAP: 2026/210GILAVAR: 2026-02
01/04/2026

FIAP: 26/004
IAAP: 2026/210
GILAVAR: 2026-02

FIAP: 2026/158IAAP: 2026/209GILAVAR: 2026-01
30/03/2026

FIAP: 2026/158
IAAP: 2026/209
GILAVAR: 2026-01

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar Foto Klubu” İctimai Birliyi tərəf...
29/01/2026

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən icra olunan “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi keçirilib.

Döqquz gün ərzində 5 Avropa şəhərində - Münhen, Nürnberq, Paris, Brüssel və Haaqada Azərbaycanın mina qurbanlarına həsr olunan fotosərgilər keçirilib.

FIAP: 2025/524IAAP: 2025/287GILAVAR: 2025-02
29/01/2026

FIAP: 2025/524
IAAP: 2025/287
GILAVAR: 2025-02

“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “PeşəkarSƏN” maarifləndimə proqramı çərçivəs...
15/09/2025

“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “PeşəkarSƏN” maarifləndimə proqramı çərçivəsində daha bir yaddaqalan ustad dərsi təşkil olunub. Bu dəfəki qonaq peşəkar fotoqraf Ayaz Mikayılzadə olub.

Ayaz Mikayılzadə “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin tələbələri ilə görüşüb. O, görüş zamanı gəncləri fotoqrafiyanın əsas mövzularından biri “məhsul fotoqrafiyası” ilə tanış edib. Tələbələrlə həm nəzəri, həm də praktiki biliklərini bölüşüb. O, çəkiliş zamanı işığın əhəmiyyətindən danışaraq müxtəlif işıqlandırma üsullarını tətbiq edib, işığın bucağının məhsul fotolarına verdiyi fərqli təsirləri canlı şəkildə nümayiş etdirib.

Fotoqraf tələbələrlə öz təcrübəsini bölüşərkən vurğulayıb ki, hər bir kadr yalnız texniki bacarıq deyil, həm də incə duyum tələb edir. Onun sözlərinə görə, işığın düzgün quruluşu və yaradıcı baxış fotoqrafiyanı sadəcə sənət yox, eyni zamanda hekayə danışma vasitəsinə çevirir.

Fərqli işıqlandırma üsulları, müxtəlif bucaqlar və yaradıcı yanaşma – bütün bunlar dərsi adi bir mühazirədən çox, sanki bir fotoqrafiya laboratoriyasına çevirib. Tələbələr üçün bu görüş sadəcə dərs deyil, həm də ruhlandırıcı bir təcrübə olub. Onlar, ustad dərsindən əldə etdikləri bilik və təcrübənin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını vurğulayıblar.

Qeyd edək ki, “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin əsas məqsədi gənc fotoqrafların bilik və bacarıqlarını inkişaf etdirmək, onlara praktik və nəzəri biliklər verərək peşəkar mühitə hazırlamaqdır. Layihənin donoru Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir.

“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “PeşəkarSƏN” maarifləndimə proqramı çərçivəs...
20/08/2025

“Gilavar Foto Klubu” ictimai birliyinin təşkilatçılığı ilə həyata keçirilən “PeşəkarSƏN” maarifləndimə proqramı çərçivəsində növbəti ustad dərsi baş tutub. Tanınmış fotoqraf Orxan Əzim “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin tələbələri ilə görüşüb.

Görüş zamanı Orxan Əzim öz fotoqrafiya yaradıcılığı, çəkdiyi fotolar, ölkəmizdə və beynəlxalq səviyyədə qazandığı uğurlar barədə gənclərlə fikirlərini bölüşüb. O, həmçinin foto sahəsində əldə etdiyi təcrübələri, qarşılaşdığı çətinlikləri və onların öhdəsindən gəlmək yollarını gənc fotoqraflarla paylaşıb.

İştirakçılar ustad fotoqrafa maraqlandıran suallar ünvanlayıb və ətraflı cavablar alıblar.

Qeyd edək ki, “Gilavar Fotoqrafiya Məktəbi” layihəsinin əsas məqsədi gənc fotoqrafların bilik və bacarıqlarını inkişaf etdirmək, onlara praktik və nəzəri biliklər verərək peşəkar mühitə hazırlamaqdır. Layihənin donoru Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyidir.

Address

Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Gilavar Foto Klubu - Gilavar Photo Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gilavar Foto Klubu - Gilavar Photo Club:

Share