Pillələr

Pillələr Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pillələr, Baku.

11/10/2018

Uzun zamandı insanları real olaraq müşahidə etmək əvəzinə məhz sosial olaraq müşahidə edirəm. Gördüklərim isə dəhşətizmdir. Ağıllı görünmək üçün demirəm bunları. Əks təqdirdə elə həmin paylaşımlarda birbaşa iradımı yazardım.
Kitabları say çox olsun deyə oxumaqdan əl çəkin. Filmlərə hansısa aktyor və aktrisa üçün baxmaqdan əl çəkin. Təhsil müəssisəsinə "bu gün filankəsdən gözəl/yaraşıqlı görünəcəm" düşüncəsi ilə getməkdən əl çəkin. Cool görünmək üçün içdiyiniz o hell-in qabını yerə atmaqdan da əl çəkin.

Məsələ universitet oxummaqda deyil. Heç yüzlərlə kitab oxumaqda da deyil. Elə insanlar var ki, yazdığı sözlərə baxırsan və düşünürsən ki, bundakı beyindir? İtmiş uşaqla bağlı nəsə məlumat vardı. Elə az öncə qrupların birində gördüm. Valideynlərdən biri yazıb ki, hətta uşaq oğruları polis formasında da gəzirlər. Polislə əlbirdirlər(!).

Beyinə siqnal getmir bir anlıq. What??? Nə danışırsınız siz? Bir ölkədə uşaq oğurlanacaq və o şəxslər sadə oğru deyil, yəni sərf orqan mafiyası olacaq və hüquq mühafizə orqanları da onlarla əlbir olacaq. Çox gülünc deyilmi?
Gülünc olan daha bir fakt. Yenə qrupların birində gördüyüm paylaşıma nəzərən deyirəm. Xanım filologiya ixtisası üzrə təhsil alıb(!). Lakin yazdığı cümlədə kobud səhvə yol verib. Hətta səhv o qədər kobud idi ki, mən Azərbaycan dili bilgimə bir anlıq şübhə etdim. Bəlkə mən səhv bilirəm deyə düşündüm bir anlıq.

Belə hallar çoxdur. Saymaqla bitməz. Məsələ budur ki, insanlar düşünürlər ki, təhsil alıramsa, vəssalam, mən ağıllıyam. Bu azmış kimi əlavə kitablar da oxuyuramsa, dünyagörüşüm yüksək səviyyədədir. Önəmli olan 4 il o təhsil müəssisəsinə getmək deyil. Cırtdan nağılında div də su gətirməyə getmişdi. Amma qayıdanda həmişə qabı boş olurdu.
Kitab oxuyub özünü dahi zənn edən insanlar, kitab oxunulduqdan həmən sonra beyində analiz edilir. Yəni oxuduğunuz cümlələr alqılanır beyin tərəfindən. Ondan sonra lazımi məlumatlar yenə o beyin tərəfindən depolanır. Beyin edir bunları.

Xahiş edirəm, Allahın bizlərə bəxş etdiyi o gözəl düşüncələrimizi, beynimizi, hisslərimizi düzgün idarə edək. Boşuna oksigen israfı olmaq nəyə gərək?

21/04/2018

Qatar yola düşürdü artıq. Qiyabi təhsil, qiyabi dostlar, qiyabi xoşbəxtlik Sahibin həyatını bir zəncir kimi halqalardan ibarət etmişdi. Özü də o zəncirin ən əsas halqası idi. Qəribədir, axı sevgi insanı tərk etmədiyi halda biz insanlar necə tərk edə bilirik sevgini? Hə, Sahib də gedirdi. Eynilə sevgini tərk etdiyi kimi gedirdi. Düşünmədən və səbəbsiz... Həyat həmişəmi belədir? Hər səhər oyananda bu gün xoş gün olacaq deyirsən, amma irəliləyən saatlarda o xoş günü yaşamırsan. Sahib həmişə bu mövzu barədə düşünərdi. Axı niyə insanları xoşbəxtliyi sözlərdə tapırlar? Axı niyə xoşbəxtlik o deyilən sözlərin əməldə təcəssümü kimi anlaşılır?
Sahib bir anlıq qatarın hara getdiyini unutdu. Əslində o qatarın yox, özünün hara getdiyini unutmuşdu. Çünki getməyi üçün bəlli bir səbəbi yox idi.
Pəncərəyə dəyən yağış damlaları onu düşüncələrdən ayırdı. Qatarda balaca bir qız yağış damlalarına baxaraq gülümsəyirdi. Sanki bu yağış məhz onun üçün yağırdı. Xoşbəxt idi. Halbuki ayağında yağış üçün davamlı olmayan ayaqqabı vardı. Köhnə, nimdaş bir geyim lüks mağazalarda satılan ayaqqabı ilə tamamlanmaz heç vaxt. Bunlara rəğmən xoşbəxt olar insan yağışın yağması ilə.
Hava getdikcə qaralırdı. Təsadüfi deyildi ki, düşüncələri onu yalnızlıq bataqlığına məhkum etmişdi. Hər gecə belə olurdu. Düşünürdü... Axı fərq olmalıdır. Ətrafındakılardan uzaqlaşmaq, xırda nəsnələrə sevinən, özü balaca olsa da böyük qəlbli uşağın xoşbəxtlik saçan simasını görmək onu düşüncələrdən ayıra bilmədi. Gərək deyildimi tərk etmək? Çantasına qələmi, dəftəri, bir-iki kiçik əşyasını qoyub buraları tərk etmək istəyəndə axı hər şeyi başqa cür düşünürdü. "Monotonluqdan qurtuluş" adını verdiyi rəsminə baxaraq çıxmışdı evdən. Qatarın pəncərəsindən baxarkən gördüyü mənzərə ona bu qurtuluşun gerçəkləşdiyini göstərmədi.
Davam? Bir anlıq beyni dondu. Gözləri bərəlmiş halda pəncərədən baxmağa davam etdi.
Son ağacı da geridə qoydular və bu o deməkdir ki, geri dönüş üçün çox gecdir. Sol tərəfinə baxdı. Bayaqkı uşaq yox idi. Yağış hələ də yağırdı, maraqlıdır o uşaq niyə hələ də yağışa tamaşa etmir? Yerini tərk edərək bir az irəli getdi və o uşağı axtarmağa başladı. Nəsə qəribə bir hal vardı o uşaqda və bunu indi anlayırdı. Nəzarətçiyə yaxınlaşıb uşağın hansı bölmədə olduğunu soruşdu. Cavab isə qənaətbəxş deyildi. Vaqonun sonuna qədər gəldi, lakin uşağı tapa bilmədi. Axtararkən tək bir şey düşünürdü: Niyə?
Vaqonun qapısının açıq olduğunu gördü. Geri çəkildi və bayaqkı nəzarətçiyə məlumat vermək üçün geri gedəndə pəncərədən uşağın əksini gördü. Qapıya yaxınlaşdı. Bir anlıq qatarın dayandığını düşündü və əlini uşağa doğru uzatdı. Hansısa bir qüvvə onu vaqondan çölə itələyirdi. Qatar sürətini artırmışdı. Külək və qatarın bu sürəti onu yerə yıxmağa bəs idi. Sanki kimsə onu itələdi və o vaqondan yerə yıxıldı. Gözü önünə çəkdiyi rəsm gəldi: Monotonluqdan qurtuluş.
Uzaqdan gələn səslər eşidirdi. Kimsə ağlayırdı. Səslər getdikcə yaxınlaşırdı. Uğultulu bir siqnal səsi beyin hüceyrələrini darma-dağın edirdi. Ayılmaq istəyirdi, amma bacarmırdı. Gur işıq gəlirdi. Səs və işıq... Bu səsin arasından anasının səsini seçə bildi. Yaşamadığını düşündü. Artıq hiss edirdi. Onu harasa aparırdılar. Deyəsən, evə aparırlar. Hə, budur, öz otağında olduğunu hiss etdi. Qapı örtüldü və addım səsləri getdikcə uzaqlaşdı. Oyanmağa çalışırdı. Bütün qüvvəsini toplayaraq durdu. Üzbəüzündə o şəkil var idi, bir də ki, ayna. Gözü aynaya sataşdı. Yataqda birisi uzanmışdı. Bu elə özü idi. Bir anlıq şok oldu. Danışmaq istədi, lakin səsi çıxmadı. Boğulduğunu hiss etdi. Tez qapıya tərəf getdi, qapını açmaq istədi, amma... Qulağına bir səs dəydi:
- Cənab qatar artıq dayanmaq üzrədir, sənədlərinizi verin lütfən, - və gülümsəyən sima.

Nə gözəl demiş Nazim Hikmet;Belki beno günden çok daha evvel,köprü başından sallanarakbir sabah vakti gölgemi asfalta sa...
17/03/2017

Nə gözəl demiş Nazim Hikmet;

Belki ben
o günden
çok daha evvel,
köprü başından sallanarak
bir sabah vakti gölgemi asfalta salacağım.
Belki ben
o günden
çok daha sonra,
matruş çenemde ak bir sakalın izi
sağ kalacağım...

25/02/2017



Səbr verməsin, qüvvət versin,
Yağı düşmənə bir dur desin,
Allah heç kimə göstərməsin
Bu günləri ki, biz yaşadıq,
Xocalı, səndən ayrıyıq...

Sevər Bayramova

Dəyərsiz olan bəzi mental dəyərləri qorumaqdansa mədəni irsimizi, "o dövr" adlandırdığımız dövrün mahnılarını qorumaq mə...
23/02/2017

Dəyərsiz olan bəzi mental dəyərləri qorumaqdansa mədəni irsimizi, "o dövr" adlandırdığımız dövrün mahnılarını qorumaq məncə, daha məqsədəuyğundur.

22/02/2017

Bir aralık yüzüme bir şeyler düştü. Hayalden uyandım. İşte bu da, en hafif rüzgara bile dayanamayarak yere düşen, çürüyüp mahvolmaya mahkum olan şu yaprağın düşüşü de bana hayatın gerçeğini gösteriyordu.

Sahvet Nezihi - "Zavallı Necdet"

14/01/2017

Ve bazen bir yağmur damlası olmayı tercih eder insan. Belki mutlu olur diye umut eder. Fakat anlamaz bir yağmur damlası olup toprağa koşunca duyulan o mutluluğu. Bir ansızın gelir aniden. Elde kadeh, gökyüzünde havayi fişekler, hayal eder bir yılbaşı gecesi diye. Ama yağan her damla alıverir hayalinden onu. Neden tüm bunlar diye hiç sorgulamaz. Fakat kalbinde hep bir kırgınlık kalır. Yağmur sevimsiz olur onun için. Neden mi? Çok basit be oğlum. Hayalinden almış ya adamı yağmur. O yüzden hiç sevemez oldu yağmuru, yağmur kokan toprağı, ıslak sokakları. Islak sokak söylemişken bak şimdi hatırladım. Sokak lambalarına bakardık eskiden o ıslak sokaklarda. Şimdiyse paramparça bir hayal peşinden koşup duruyor adam.

Sevər Bayramova

09/01/2017

Bir muqisi damarına basa-basa keçər insanın. Nə xatırlatdığı, nə anlatdığı bilinməz. Fəqət əndişələndirər, həyəcanlı dəqiqələr bəxş edər. Bitməsinə az qalmış saniyələrdə isə qeyri-müəyyən duyğulara sürgün edər. Qəlbi zindan, hisslərsə tüğyan içində...

"Sakit gecədə alovun qırmızı çiçəkləri tüstüsüz, dumansız açılırdı. Onlardan xeyli yuxarıda tutqun rəngli bir bulud ləng...
06/01/2017

"Sakit gecədə alovun qırmızı çiçəkləri tüstüsüz, dumansız açılırdı. Onlardan xeyli yuxarıda tutqun rəngli bir bulud ləngər vurub ucalır, lakin bu bulud kəhkəşanın gümüş yolunu görməyə mane olmurdu.... Alovun dilləri içərisindəki nazik saxsı baca isə tüstülənir və məğrur bir görkəmlə yuxarı dikəlirdi. Sakit bir şıqqıltı, ipək kimi bir xışıltı pəncərələrin şüşələrinə çırpılır, yanğın getdikcə şiddətlənirdi".
Maksim Qorki - Uşaqlıq

Səma mavisi bu rəngsə əgər, ölümü bu rəngdə olsun şairin.
22/12/2016

Səma mavisi bu rəngsə əgər, ölümü bu rəngdə olsun şairin.

04/12/2016

Bəzi gecələr dar küçələr olurdu məskəni. İz qoyardı divarlar yumruğunda. Divara dəyən hər zərbə sanki yarım qalan yaşantıların son nöqtəsi idi.

Sevər Bayramova "Bergen küçəsindəki yalnızlıq"

24/11/2016

Metroda iki qaqaş Qarabağın qrupdan çıxma şansını dəyərləndirirdilər. İstədim söhbətlərinə müdaxilə edim, amma onlar futbola çox uzaq idilər.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Pillələr posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pillələr:

Share