Bakı Şəhəri

Bakı Şəhəri Bakı Azərbaycan Respublikasının Paytaxtıdır Bakı Azərbaycan Respublikası Paytaxtıdır
Xəzər Dənizində Ən Böyük Limandır Şəhərin Sahəsi 2430 km\kv-dır

Dəstək üçün kanala abunə olmağı unutmayın
22/04/2024

Dəstək üçün kanala abunə olmağı unutmayın

Dəstək üçün kanala abunə olmağı unutmayın

20/12/2023

Sevdiyim şəhər Baki ilə vidalaşıram

Mart ayında bu ecazkar şəhəri tərk edirəm və həyat yolumda yeni bir səyahətə başlayıram ...

Səbəb? Amerikadan əla bir iş təklifi aldım - xəyallar ölkəsi, inanılmaz dərəcədə yaxşı iş şəraiti və çox düşündükdən sonra qərar verdim ki, bəli, 2024 yeni bir həyat!

Həyatımda olan hər kəsə, birlikdə yaşadığımız bütün anlara və ruhumda yaşadığım bu sevgi anlarına və xatirələrə görə təşəkkür etmək istəyirəm.

Ancaq indi həyatımı dəyişdirmək üçün belə bir şansım var və bundan istifadə etməliyəm!

Hamınızı ürəyimdə saxlayıram və harada tanış olduğumuzu həmişə xatırlayacağam!

Bir il sonra bu həyatı biraz xatırlamaq üçün sizi ziyarət etmək üçün qayıdacağam.

Xoşbəxt səyahət

Yeni həyat

Əlvida !!
.. Bu mesajı hansisa bir ispan Xuan Sancos yazdı və bunun gözəl olduğunu düşündüm, sizinlə bölüşmək istədim ...

Gözəl bir səyahət edin, Xuan! ...

Hamınızla və ölkənin bizə təqdim etdiyi bütün sürprizlərlə birlikdə burada Bakıda qalıram.

İndi mesajlarimi kim sona qədər oxuduğunu öyrəndim.

Əgər bəyəndinizsə, kopyalayın paylaşin )))

Bir az gülək !!!! Təbəssüm gözəldir😅

Məndə oxuduqda güldüm 😅

BÜTÜN YAXŞI DOSTLARA Gozel HƏFTƏ!

BAŞIN SAĞ OLSUN, VƏTƏN!Avqust ayının 3-də Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 2004-cü il təvəllüdlü Kazımov Anar R...
03/08/2022

BAŞIN SAĞ OLSUN, VƏTƏN!

Avqust ayının 3-də Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu həqiqi hərbi xidmətdə olarkən Laçın rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 3-ü səhər saatlarında Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.

Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.



Allah rəhmət eləsin!

12/07/2021
04/06/2021

Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin Kəlbəcər rayonunda vəzifə borcunu yerinə yetirərkən minaya düşərək həlak olmaları barədə xəbəri dərin kədər hissi ilə qarşıladım.Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir.Təəssüf ki, Azərbaycan tərəfinin ATƏT-in Minsk qrupu ölkələrinə, həmçinin müxtəlif beynəlxalq təşkilatlara mina xəritələrinin verilməsi məsələsində Ermənistana təzyiq göstərməsi ilə bağlı çağırışları heç bir nəticə vermədi. Jurnalist hüquqlarının müdafiəçisi qismində çıxış edən beynəlxalq qeyri-hökumət təşkilatları hələ də susmaqda davam edir!Azərbaycan xalqı müzəffər xalqdır! Onun iradəsini sındırmaq və onu qorxutmaq qeyri-mümkündür!Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin! Məkanları cənnət olsun!

Mehriban Əliyeva

С чувством глубокой скорби и печали восприняла известие о гибели оператора Азербайджанского телевидения Сираджа Абышова, сотрудника Азербайджанского государственного информационного агентства (Азертадж) Магеррама Ибрагимова и заместителя председателя исполнительной власти по Сусузлугскому сельскому административно-территориальному округу Арифа Алиева, которые, выполняя свой профессиональный долг, подорвались на мине в Кяльбаджарском районе.После окончания войны на минах, установленных армянскими оккупантами на освобожденных территориях, подорвалось более 140 человек. Из них 27 погибли. Ответственность за гибель невинных людей полностью ложится на военно-политическое руководство Армении. Несмотря на многочисленные призывы азербайджанской стороны предоставить карты минных полей, руководство Армении отказывается это делать, тем самым продолжая нарушать международное гуманитарное право и осуществлять политику террора против Азербайджана.К сожалению, призывы азербайджанской стороны к странам Минской группы ОБСЕ, а также в различные международные организации оказать давление на Армению в вопросе предоставления карт минных полей оказались безрезультатными. Все еще молчат международные неправительственные организации, позиционирующие себя как защитников прав журналистов. Азербайджанский народ – народ-победитель! Его не сломить и не запугать!Выражаю глубокие соболезнования семьям и близким погибших.Да упокоит Аллах их души! Пусть земля им будет пухом!

Мехрибан Алиева

BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA KORONAVİRUSLA BAĞLI AZƏRBAYCAN XALQINA MÜRACİƏT EDİBAzərbaycan Respublikasının ...
18/03/2020

BİRİNCİ VİTSE-PREZİDENT MEHRİBAN ƏLİYEVA KORONAVİRUSLA BAĞLI AZƏRBAYCAN XALQINA MÜRACİƏT EDİB

Azərbaycan Respublikasının Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciət edib.

- “Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bu günədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.
İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür.
Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.
“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.
Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.
Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.
Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.
İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.
Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!
Ölkəmizdə bütün qüvvələr hadisələrin ən p*s yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.
Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.
Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.
Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.
Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.
Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.
Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.
Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!
Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!
Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.
Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN”.

27/08/2017

27 Avq201714:0536270 yuxarıİlham Əliyevdən silah anbarında baş vermiş partlayışla bağlı – GÖSTƏRİŞBu gün səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində naməlum səbəbdən baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış...

27/08/2017

27 Avq201712:39181216899 yuxarıSilah anbarındakı partlayışla bağlı MN-dən – RƏSMİ AÇIQLAMA + YENİLƏNİBMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhalinin təxliyəsi həyata k...

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Şəhəri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category