Fotoqraf Hesenli

Fotoqraf Hesenli Kreativ və keyfiyyətli fotoçəkliş

03/12/2024

Salam olsun. Sebaria dəri xəsdəliyinin azalması və müalicəsi üçün nə məsləhət görərdiniz?

01/12/2022
08/08/2022

✍️ Bu günün tarixi haqda

Xəlifə Müaviyə 680-ci il mayın 6-da öldü. O, ölümündən 4 il əvvəl oğlu Yezidi öz varisi təyin etmişdi. Bu, yəni irsi monarxiya prinsipi İslam tarixində bir ilk idi və xeyli narazılıq doğurdu. Amma Müaviyə kimini rüşvətlə, kimini vəzifə ilə, kimini şirin dillə, kimini də hədə-qorxu ilə razı saldı. Çox az adam bunu qəbul etmədi ki, Hüseyn ibn Əli də onlardan biri idi. Yezid taxta çıxandan sonra da ona biyət etmədi.

Əli xəlifə olarkən Xilafətin paytaxtı olan Kufə şəhərinin əhalisi Hüseynə xəbər göndərərək xəlifə kimi Yezidi tanımadıqlarını bildirirlər və şəhərə gələrək onların üsyanına rəhbərlik etməsini istəyirlər. Hüseyn Kufədəki vəziyyəti dəqiq öyrənmək üçün əmisi oğlu Müslüm ibn Aqili göndərir. Müslüm Kufədə həqiqətən Yezidə qarşı ciddi müxalifət görür və əmioğlusuna şəhərə gəlməyi məsləhət görür. Hüseyn də ailə üzvləri və kiçik bir dəstə ilə yola düşür. Yolboyu dəstəsinə qoşulanlar olur.

Amma Kufə valisi Übeydullah ibn Ziyad Müslümü ələ keçirib edam etdirir, kufəlilərin də gözünü qorxudur. Hüseyn bu hadisələr haqqında yolda xəbər tutdu, amma səfərini davam etdirdi və məhərrəm ayının 2-də Kərbəla adlı yerdə xəlifə qoşunları ilə üz-üzə qaldı. Qoşuna Ömər ibn Səəd başçılıq edirdi.

Burada artıq hadisələrin siyasi mahiyyəti, üsyan motivi, hakimiyyət və xilafət mübarizəsi bitdi, çünki kufəlilərin imamın köməyinə gəlməkdən imtinalarından sonra Hüseynin xırda dəstəsinin 4 minlik qoşunla qarşıdurmada heç bir qalibiyyət şansı yox idi. Əvəzində mənəvi tərəf, ləyaqətli insanla ləyaqətsiz insanın qarşıdurması önə çıxır. Bir tərəfdə Yezidə biyət edəcəyi halda sağ-salamat geri qayıdacağına, üstəlik hər il xəlifədən mükafat alacağına zəmanət verilən, amma bunu özünə sığışdırmayan Hüseyn ibn Əli var. Digər tərəfdə isə Peyğəmbər nəvəsini öldürməyin yaxşı iş olmadığını anlayan, tərəddüd edən, hadisələrin dinc yolla həllini arzulayan və buna çalışan, amma Yezidin vəd etdiyi vali vəzifəsindən imtina edə bilməyib sonda cinayətə qol qoyan Ömər ibn Səəd var.

Hüseyn tamamilə ümidsiz halda təslim olmadı, ləyaqətsizlik saydığı addımı atmadı. Dəstəsindən bəziləri getdi, 71 nəfər isə qaldı. O cümlədən qardaşı Abbas ibn Əli və oğlu Əliəkbər ibn Hüseyn

Son döyüş məhərrəmin 10-da baş verdi. Vaxtilə Əlinin tərəfdarı olan, Siffeyn döyüşündə onun tərəfində Müaviyəyə qarşı vuruşan, sonra isə vəzifə, pul müqabilində Əməvilərin tərəfinə keçən Şimr ibn Zilcövşən xüsusi vəhşilik göstərdi, sonda Hüseyni də onun qətlə yetirdiyi söylənilir.

Kərbəladan alınacaq ən mühüm dərs – imtina fədakarlığıdır. Kərbəla ləyaqətsizlik saydığın, doğru hesab etmədiyin addımdan həyatın bahasına olsa belə imtina etmək nümunəsidir.

© Yadigar Sadıqlı (tarixçi) t.me/yadigarsadigli

04/08/2022
Balaca general tebrikler. Novbeti ceklishlerde gorushmek umudu ile ))
24/06/2021

Balaca general tebrikler. Novbeti ceklishlerde gorushmek umudu ile ))

23/06/2021

Baku Oxford School. Təbriklər

Address

Xətai Ray. Daşqın Səfərov 7
Baku
AZ1026

Telephone

+994557554224

Website

Alerts

Be the first to know and let us send you an email when Fotoqraf Hesenli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category